Cəlilabadda uşaq milçək dərmanı içib vəfat etdi – TƏFƏRRÜAT (YENİLƏNDİ)

Cəlilabadda dərmandan zəhərlənərək ölən uşağın şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub.

Hadisə axşam saatlarında rayonun Hasıllı kəndində baş verib.

Belə ki, həmin kəndin 2016-ci il təvəllüdlü sakini Bağırov Mirkamil Samir oğlu nəzarətsiz qalaraq evdə olan milçək dərmanını içib.

Məlumata görə, M.Bağlrovun babası feldşerdir. Elə ilk tibbi yardımı da o göstərib. Xəstəyə sistem köçürüb. Lakin azyaşlının vəziyyəti pisləşdiyi üçün o, təxminən iki saatdan sonra ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə Reanimasiya şöbəsində göstərilən bütün yardımlara baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

4 yaşlı rayon sakini, ilkin məlumata görə, dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlı reanimasiya şöbəsində dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)