Azərbaycan Pediatriya Cəmiyyətinin Lənkəran Regional Konfransı keçirilib
Baxış
15
24 oktyabr tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin Lənkəran Regional Konfransı keçirilib.
Konfrans çərçivəsində uşaq sağlamlığının müxtəlif istiqamətlərini əhatə edən elmi və maarifləndirici məruzələr təqdim olunub. Məruzəçilər pediatriyanın aktual mövzuları, müasir tibbi yanaşmalar və uşaqların sağlamlığının qorunması ilə bağlı məsələləri müzakirə ediblər.
Tədbir pediatriya sahəsində elmi biliklərin paylaşılması, mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması və müasir tibbi yanaşmaların müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Şərhlər (0)