Bakıda 11-ci sinif şagirdləri arasında davada qan töküldü

Baxış
46

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin