Bakıda 10 yaşlı uşaq batareya və maqnit qırıqları uddu: Əməliyyat olundu

Baxış
47

Sentyabrın 11-də 2015-ci il təvəllüdlü azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə gətirilib.

Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir, yad cisim udma vərdişi var və 3-4 gün əvvəl batareya və maqnit qırıqları udub.

Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çox sayda rentgenokontrast yad cisim aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.

14 günlük stasionar müalicələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin