Bakı və Sumqayıtda övladları I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Baxış
38

Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 15 aprel saat 18:00 tarixində yekunlaşır.

“Unikal” xəbər verir ki, vətəndaşlar bu müddət ərzində daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 15 aprel saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, hazırkı tarixədək Bakı şəhəri üzrə ümumilikdə 230 , Sumqayıt şəhəri üzrə isə 32 valideyn mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciət edib.

Mənbə: https://unikal.az/news/525670/baki-ve-sumqayitda-ovladlari-i-sinfe-gedecek-valideynlerin-nezerine

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin