Azərbaycanda Müstəqillik Günü qeyd olunur !!!

Bu gün 18 oktyabr – Azərbaycan Respublikasında Müstəqillik Günü kimi qeyd olunur.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Bu il bu bayramın xüsusi əhəmiyyəti vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında bu gün Ordumuz işğal altında olan torpaqlarımızı azad etmək uğrunda əks-hücum əməliyyatına başlamışdır.

Biz də Pediatriya.az saytının kollektivi adından torpaqlarımızın işğalçılardan azad olunması istiqamətində apardığı haqlı, hüquqi və ədalətli döyüşündə qalıb olacağımıza əminliyimizi bildiririk.

Qarabağ Azərbaycandır !!! Var olsun Azərbaycan Silahlı Qüvvələri, var olsun Ali Baş Komandanımız !!!