Azərbaycanda məşhur pediatr da koronavirus qurbanı oldu
Azərbaycanda daha bir həkim koronaviriusun qurbanı oldu.
“BakuPost”un məlumatına görə, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, həkim ötən aydan , daha doğrusu Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.
Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq 1 gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bu virusun qurbanı olan ilk tibb işçisi deyil. Ancaq ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən dünyasını dəyişib.