Azərbaycanda həkimlərin sayı azalıb: Ən çox bu mütəxəssislər çatışmır - FOTO

Baxış
51

Azərbaycanda həkimlərin ümumi sayı 2026-cı ilin əvvəlinə 34 776 nəfər təşkil edib. Bu, 2025-ci ilin əvvəli ilə müqayisədə 1/3% azdır. Həmin dövrdə ölkədə 35 233 həkim fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ən kəskin azalma psixiatr və pediatrların sayında qeydə alınıb. Belə ki, psixiatrların sayı 12% azalaraq 400-dən 352-yə, pediatrların sayı isə 10/8% azalaraq 3 670-dən 3 274-ə düşüb.

Terapevtlərin sayı 6/9% azalaraq 8 910-dan 8 294-ə, cərrahların sayı 4/8% azalaraq 3 722-dən 3 543-ə enib. Nevropatoloqların sayı 3.5% azalaraq 1 002-dən 967-yə, ginekoloqların sayı isə 2.4% azalaraq 1 968-dən 1 920-yə düşüb.

Müqayisə olunan ixtisaslar arasında yalnız oftalmoloqların sayında artım qeydə alınıb. Onların sayı bir il ərzində 3.4% artaraq 968-dən 1 001-ə çatıb.

Bəs bəzi sahələr üzrə həkimlərin sayı niyə azalır?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, statistikaya əsasən, Azərbaycanda həkimlərin sayı 1991-2021-ci illər arasında 14% azalıb.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin