Azərbaycanda 54 mindən çox orta tibb işçisi var

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycanda bu ilin əvvəlinə olan məlumata görə, 54 min 48 orta tibb işçisi var.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, orta tibb işçiləri arasında üstünlük tibb bacılarına aiddir – 37 min 630 nəfər. Orta tibb işçilərinin siyahısında ən az saya malik rentgeno-laborantlardır. Belə ki, onların sayı 630 nəfərə bərabərdir.