ATU-da “Sağlamlıq və Texnologiyanın Zirvəsi” beynəlxalq konfransı keçirilir (6–8 may 2026)

Baxış
41

Azərbaycan Tibb Universitetində (ATU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir. Tədbir 6–8 may 2026-cı il tarixlərini əhatə edir və üç gün ərzində davam edir.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, konfransda Birləşmiş Krallıq, Özbəkistan, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla bir sıra ölkələrdən tanınmış mütəxəssislər iştirak edir. Rektor tədbirin əsas məqsədinin müasir tibbdə innovativ texnologiyaların tətbiqi, multidissiplinar yanaşmaların elmi müzakirəsi və yeni həllərin təqdim olunması olduğunu vurğulayıb.

Builki konfransın xüsusi yeniliyi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı təşkil edilən panel sessiyadır. Bu çərçivədə “sağlam şəhər” konsepsiyası, yaşıl infrastrukturun ictimai sağlamlığa təsiri və şəhərsalma ilə tibb elminin inteqrasiyası müzakirə olunur.

Daha sonra şəhərsalmanın müasir istiqamətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxışında şəhərlərin inkişafının həyat keyfiyyəti və sosial rifahla birbaşa bağlı olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma siyasətindən, Bakı şəhərinin 2040-cı il Baş Planından, yaşıl dəhlizlər və ekoloji layihələrdən, həmçinin işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” modellərindən danışıb.

Türkiyənin Ege Universitetinin dosenti Aziz Eftekhari isə Azərbaycan və Türkiyə universitetləri arasında elmi əməkdaşlığın inkişafını vurğulayıb, nanobiotexnologiya və innovativ elmlərin səhiyyə və şəhərsalma sahəsində əhəmiyyətinə toxunub.

ATU-nun elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan konfransın universitetin 2025–2026-cı illər üzrə elmi fəaliyyət istiqamətlərinə töhfə verdiyini bildirib. O qeyd edib ki, tədbir çərçivəsində müxtəlif elmi sessiyalar və praktiki kurslar keçirilir, daxili xəstəliklər, onkologiya, urologiya, rəqəmsal tibb, süni intellekt və klinik innovasiyalar üzrə yeni yanaşmalar təqdim olunur.

Konfrans plenar sessiyalar və elmi məruzələrlə davam etdirilir.

Qeyd edək ki, konfransın son günü — 8 may 2026-cı il tarixində Pediatriya.az portalının təsisçisi, həkim-neonatoloq Dr. Nərmin Əzizovanın çıxışı nəzərdə tutulur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin