Amerika mətbuatında Azərbaycan Tibb Universiteti barədə yazı dərc olunub

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən Aritmiya Mərkəzi haqqında Amerikanın məşhur “EpLabDigest” jurnalında məqalə dərc olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, məqalədə EP laboratoriyası və burada aparılan klinik tədqiqatlar barədə də söhbət açılıb. Aritmiya Mərkəzinin direktoru, kardioloq Fərid Əliyev hazırda davamlı və mütəmadi görülən ventrikulyar taxikardiya fibrilasiyalı xəstələrdə ikitərəfli perkutan ulduzabənzər qanqlionablyasiyanın (və ya ikitərəfli perkutan stellat qanqlion) spirt və RF təsirinin araşdırıldığını bildirib. O, bu nəticələrin tezliklə nəşr olunacağı və perspektivləri barədə məlumat verib.

Məqalədə, həmçinin tətbiq ediləcək yeni texnologiyalar və işçi heyəti ilə bağlı məsələlər də yer alıb.

 

AZƏRTAC