Respublika Pediatriya Mərkəzi 70-ci Milli Pediatriya Konqresində təmsil olunub

Baxış
18

Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə keçirilən 70-ci Milli Pediatriya Konqresində iştirak edib.

Professor Enver Hasanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq tədbirdə Erkin Rəhimov Təşkilat Komitəsinin üzvü kimi fəaliyyət göstərib, eyni zamanda elmi sessiyaların moderatoru olub.

Konqres çərçivəsində pediatriya sahəsində aktual elmi və klinik məsələlər müzakirə edilib, müasir elmi nailiyyətlər və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb. Tədbir müxtəlif ölkələrin pediatriya mütəxəssisləri arasında elmi əməkdaşlığın və peşəkar əlaqələrin inkişafına töhfə verib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin