Alış-veriş zamanı infeksiyadan qorunmaq üçün bunları edin-QAYDALAR
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat açıqlayıb.
e-tibb.az həmin tövsiyələri təqdim edir:
Alış-veriş zamanı özünüzü COVID-19 infeksiyasından qoruyun:
Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.
Alış-verişə ailənizdən bir nəfər göndərin.
Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın.
Xəstəsinizsə, mağazaya getməyin.
Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.
Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.
Digərləri ilə fiziki məsafə saxlayın.
Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.
Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.
Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.