9-13 yaşlı qızlara düzgün bustqalterin seçilməsi - Dr. Günel Qəmbərova

9-13 yaşlı qızlara düzgün bustqalterin seçilməsi

Əslində bu barədə çox geniş danışmaq olar. Hər gün istər rentgenoloji istər mammoqrafik kabinetdə müayinə əsnasında soyunan xanımların bustqalterinə fikir veririk,neçə dəfələrlə söhbətimizi məhz seçdikləri bustqalterdən başlamışıq. Bu gün 9-13yaşlı qızlarda istifadə edilən busqalterlərdən danışacağıq.
Ilk öncə demək istəyirəm ki,8 yaşdan etibarən müxtəlif dəyişikliklər və artıq yetkin həyata hazırlıq dövrü başlayır və bu təbii ki,sinədə öz əksini tapır. Müraciətim analaradır:
Əziz analar, belə mövzularda keçmiş nəsil analar qızlarına bu barədə çox səmimi olmayıbdır. Hətta ,bəlkə qızlar çox məlumatları sinif yoldaşlarından öyrəniblər,amma bu o demek deyil ki,biz də övladlarımıza bu cür yanaşmalıyıq. Əvvəla dövr dəyişir,biz dəyişirik və övladlarımız da dəyişir.Mütləq şəkildə qız övladlarınıza ilk busqalter seçimində “səmimi” olun,sizin fikir verməli məsələlər əsasən aşağıdakılardır:

1) Qətiyyən sintetik alt paltarı yolverilməzdir!
2) İmkan varsa,baha da olsa, yarı sport üslublu alt paltarına üstünlük verin.
3) Çox təəccüb edirem ki, ancaq mağazalarda push up effektli sinə qaldıran, sinə sıxan uşaq busqalterləri satılır. Çox diqqətli olun. Dar, sıxıcı materialı olan busqalterlərdən uzaq durun. Push up effektli olan busqalterler qətiyyən qadağandır.
4) Sinə altı ölçünü ölçün,busqalterin sinə altı ölçüsü qız uşağının sinəaltı ölçüsünə bərabər olmalıdır və ya 1 sm böyük olmalıdır.
5) Menstrual tsikl görmüş qızlarda menstrual tsikl öncəsi daha çox ağrılar ola bilər. Hətta sinə daha çox şişə bilər,imkan varsa ,o dövr üçün 1 ölçü böyük busqalter alın.
6) Ölçünü seçərkən sinəalti ölçü əllər aşağı olduğu halda aparılır.
7) Busqalterin kasa hissələrini ən dəqiq yoxlamaq üçün geyindirərkən, qızlarınızı bir qədər önə doğru əyin və diqqət edin, busqalter sinə arasında məsafə varmı? Mesafe olmalıdır.
8) Gecə yatarkən mütləq busqalterlər çıxarılmalıdır!
9) Övladınız idman növləri ilə məşğuldursa, məktəbə və gündəlik geyindiyi busqalteri eyni geyinmək olmaz, busqaltersiz də idmana getmək olmaz. Əks halda sinə gələcəkdə çox sallaq ve striyali olacaqdır.
10) Əgər qoltuqaltı spreylərdən artıq istifadə edirsə, mütləq gecə ilıq su ilə qoltuqaltı nahiyyə yuyulmalıdır.

 

Dr. Günel Qəmbərova