5 mart – Dissosiativ Şəxsiyyət Pozuntusu (DŞP) Maarifləndirmə Günüdür

Bu gün dünyada Dissosiativ Şəxsiyyət Pozuntusu haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. Uşaqlarda və yeniyetmələrdə bu pozuntu adətən erkən yaşlarda travmatik təcrübələr nəticəsində inkişaf edir və vaxtında aşkar edilmədikdə ciddi emosional və sosial çətinliklərə səbəb ola bilər.
Pediatriya.az olaraq, psixi sağlamlığın qorunmasının və uşaqların erkən yaşdan psixoloji dəstək almasının vacibliyini vurğulayırıq. Valideynlər və tibb mütəxəssisləri uşaqlarda davranış və emosional dəyişikliklərə diqqət yetirməli, vaxtında dəstək göstərməlidirlər.
Uşaqların sağlam gələcəyi üçün onların həm fiziki, həm də psixi sağlamlığına qayğı göstərək!