31 günlük intensiv müalicədən sonra kritik vəziyyətdə doğulan körpə sağaldı

Yeni Klinikanın Neonatologiya şöbəsində rezus izoimmunizasiyasına bağlı fetal hidrops diaqnozu ilə dünyaya gələn körpə 31 günlük müalicədən sonra sağ-salamat ailəsinə təhvil verilib.
32 yaşlı ananın altıncı hamiləliyindən 33-cü həftədə təcili qeysəriyyə əməliyyatı ilə 3 kq 200 qr çəkidə doğulan körpədə doğulduğu andan anasarka, assit, plevral və perikardial effuziyalar müşahidə olunub. Körpəyə süni tənəffüs dəstəyi, surfaktant, mübadilə qanköçürməsi və intensiv fototerapiya tətbiq edilib.
Müalicə prosesi şöbə müdiri Əkbər Quliyev və neonatoloqlar Cəmilə Əhmədova, Könül Əliyeva, Hilal Budaqova, Güləndam Abdullayeva və İlahə Cəfərova tərəfindən aparılıb.
Uğurlu nəticə vaxtında prenatal müdaxilə və yüksək səviyyəli neonatal reanimasiya xidmətlərinin effektivliyini bir daha göstərib.