31 İyul 2018

2014-cü ildən etibarən Səhiyyə Nazirliyinə hepatitlərlə bağlı 9 minə yaxın insan müraciət edib

Bakı, 27 iyul, AZƏRTAC

2014-cü ildən etibarən Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyası fəaliyyət göstərir. Bu müddət ərzində 8936 nəfər müraciət edib.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 28 iyul – Ümumdünya Hepatit Gününə həsr olunan mətbuat konfransında komissiyanın sədr müavini, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

Bildirilib ki, komissiyaya müraciət edənlərdən 57 faizi kişi, 43 faizi qadın olub. Onlardan 73 faizində hepatit C, 27 faizində Hepatit B aşkar olunub. Ümumiyyətlə, 1142 nəfər şəxsdə bu virus var, amma xəstəlik müşahidə edilmir. B və D hepatitinə yoluxanların sayı 160 nəfərdir. Müraciət edənlərdə 493 nəfərdə sirroz aşkar olunub. 6266 nəfərə isə müalicə yazılıb və onlar müalicəni başa çatdırıblar. 1259 nəfərin müalicəsinə əks göstəriş olub. 2017-ci ildə isə Hepatit A 59, hepatit B 160, Hepatit C virusunun xroniki hal alması ilə bağlı 154 nəfər komissiyaya müraciət edib.

Komissiyanın sədr müavini, həmçinin bildirib ki, xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır. Stomatoloq müayinəsində də həkimin hər xəstə üçün steril alət dəstindən istifadə etməsi məsləhətdir.

21 Yanvar 2021
Koronavirusa yoluxan hamilənin dünyaya gətirdiyi körpənin qanında virusa qarşı antikor inkişaf etdiyi məlum olub. Bolqarıstanda 28…
21 Yanvar 2021
Azərbaycanda ötən il qeydə alınmayan xəstəliklər məlum olub. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.…
19 Yanvar 2021
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollektivi koronavirusa qarşı vaksinasiyadan keçib. Könüllü şəkildə vaksinasiyadan keçmək istəyən Nazirliyin…