14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi
Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə yayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Oxu.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, “Instagram”da tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə edərək özündə saxlayıb. Malik qızın qohumlarının telefon nömrəsini də ondan tələb edərək alıb. Bir müddət sonra münasibətlərinin pozulmasını və qızın onu sosial şəbəkədə bloklamasını bəhanə edərək beş müxtəlif videonu onun anasına və digər qohumlarına göndərib.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Malik beş il həbs cəzasına məhkum edilib. Oktyabrın 1-də keçirilən son məhkəmə iclasında o həbs olunub.