12 mart tarixində "Kistik Fibroz Günü" ilə bağlı konfrans keçiriləcəkdir

Pediatriya.az məlumat verir ki, hər il olduğu kimi 12 mart tarixində “Kistik Fibroz Günü” ilə əlaqədar tədbirlər keçirilir. Cari ilin 12 mart tarixində də TƏBİB-in təşkilatı dəstəyi ilə “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi tərəfindən Yeni Klinika Tibb Mərkəzində növbəti konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
📍Konfransa dövlət səhiyyə qurumları, çoxsaylı həkimlər, vətəndaş cəmiyyəti institutlarının və media nümayəndələri dəvət olunmuşdur.
🗒️Mövzu: 12 Mart “Azərbaycanda Kistik Fibroz Günü”
Konfrans açılış və elmi hissədən ibarət olacaqdır.
🎙️Açilış hissəsində dəvətli qonaqların cıxışı və KİFYİB rəsmisinin “12 Martın səkkizinci ilinə” qədər gəlinən yol, məqsədlər, bu illərdə görülən işlər, nailiyyətlər və qarşıda həll olunması vacib məsələlərin təhlili haqqında təqdimat olunacaqdır.
Elmi hissədə isə həkimlər tərəfindən Kistik Fibroz xəstəliyi, diaqnostikası, müalicəsi, ağırlaşmaları və sair haqqında təqdimatlar olunacaqdır.
Tarix: 12 Mart 2025
Saat: 9:00-13:00
Ünvan: Yeni Klinika
📌Həkimlər konfransda iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməlidirlər:
Qeyd: Konfrans akkreditasiya olunmuşdur.