30 Dekabr 2017

1 kq-dan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub

1 kq-dan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

G.Poladov əhaliyə göstərilən tibbi xidmətin keyliyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqlamlarının xüsusi rolunu qeyd edib: “2017-ci ildə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqların 90 faizindən çoxu dispanserizasiya müayinələrinə cəlb olunub. Onların 5,1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə hospitalizasiya edilib. Həmin dövlət proqramının icra müddəti bu il başa çatdığı üçün Səhiyyə Nazir­liyi tərəfindən 2018-2022-ci illəri əhatə edən yeni dövlət proqramı layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.

O bildirib ki, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib: “Ölkəmizdə 3 ildir tətbiq edilən beynəlxalq diridoğulma meyarlarına uyğun surətdə, bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub”.

 

Trend

04 Mart 2021
Spinal muskular atrofiya (SMA) nədir? SMA-Spinal Muskular atrofiya  şəxsin mərkəzi sinir sistemini, periferik sinir sistemini…
22 Fevral 2021
Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə…
22 Fevral 2021
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib. Xidmətdən Trend-ə verilən məlumata görə, Bakıda və…