📢 Yeni Bölmə: "Articles in English" – Pediatriya.az artıq beynəlxalq oxucular üçün də açıqdır!

Uşaqların sağlamlığına dair elmi biliklərin daha geniş auditoriyaya çatdırılması məqsədilə Pediatriya.az saytında “Articles in English” adlı yeni bölmə istifadəyə verilmişdir. Bu bölmədə pediatriya sahəsinə dair aktual elmi, maarifləndirici və təcrübəyə əsaslanan məqalələr ingilis dilində dərc olunacaq və beynəlxalq oxucu auditoriyasının diqqətinə təqdim olunacaqdır.

Pediatriya.az saytının əsas məqsədi – valideynlər, tibb işçiləri və tibb tələbələri üçün etibarlı, elmi əsaslara söykənən və anlaşılan dildə hazırlanmış pediatrik bilikləri paylaşmaqdır. Sayt eyni zamanda, yerli və beynəlxalq pediatrik elmin inteqrasiyasına, müasir təbabət anlayışlarının yayılmasına və uşaq sağlamlığının qorunmasına töhfə verməyi qarşısına məqsəd qoymuşdur.

Yeni “Articles in English” bölməsi bu məqsədlərə doğru atılmış mühüm bir addımdır. Artıq ölkə xaricindən olan oxucular da Azərbaycan pediatriyası, elmi araşdırmalar və klinik təcrübələr haqqında məlumat əldə edə biləcəklər.

Gələcək planlarımız çərçivəsində, Pediatriya.az saytının tam versiyasının ingilis dilində də istifadəyə verilməsi nəzərdə tutulur. Bu addım sayəsində Azərbaycanın pediatrik elmi təcrübəsi dünya ilə paylaşılacaq, beynəlxalq əməkdaşlıq imkanları genişlənəcəkdir.

Fürsətdən istifadə edərək, dəyərli həmkarlarımızı – pediatriya və əlaqəli tibbi sahələr üzrə çalışan həkimləri – öz bilik və təcrübələrini bölüşmək məqsədilə Pediatriya.az saytında məqalələrlə çıxış etməyə dəvət edirik.
Biz inanırıq ki, yerli mütəxəssislərimizin elmi yanaşma ilə hazırlanmış materialları təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də pediatriyanın inkişafına töhfə verəcəkdir. Məqalələriniz vasitəsilə həm peşəkar auditoriya, həm də valideynlər və tələbələr üçün faydalı bir maarifləndirmə platformasının bir parçası ola bilərsiniz.

Əməkdaşlıq üçün bizimlə əlaqə saxla bilərsiz: pediatriya.az@gmail.com

Hörmətlə,
Pediatriya.az komandası

Pediatriya.az – Uşaqların sağlamlığı üçün valideynlərin güvəndiyi tibbi portal