Zəfər və Bayraq Günümüz mübarək, Azərbaycan!
Noyabrın 8-i və 9-u — xalqımızın tarixində iki böyük qürur səhifəsidir. 8 Noyabr — Zəfər Günü, igid oğul və qızlarımızın canı, qanı bahasına yazılan qəhrəmanlıq dastanımızdır. 9 Noyabr — Dövlət Bayrağı Günü isə bu qəhrəmanlığın, müstəqilliyin və dövlətçiliyimizin əbədi rəmzidir.
Beş il öncə bu torpaqlarda ədalət bərpa olundu, üçrəngli bayrağımız Qarabağ səmasında ucaldı.
Bu bayraq — bizim tariximiz, kimliyimiz, gələcəyimizdir. O, şəhidlərimizin qanı ilə yoğrulmuş müqəddəs bir simvoldur.
Pediatriya.az ailəsi olaraq, biz bu günləri böyük fəxarət və sevgi ilə qeyd edirik.
Uşaqlarımıza bu bayrağın mənasını, onun hər rənginin daşıdığı dəyərləri, Zəfərin arxasındakı qəhrəmanlığı anlatmaq bizim borcumuzdur. Çünki bu günkü azad, güclü Azərbaycan sabah onların əllərindədir.
Hörmətlə,
Nərmin Əzizova
Pediatriya.az saytının təsisçisi