Yol-nəqliyyat hadisəsi nəticəsində həkim vəfat edib

Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

AzVision.az xəbər verir ki, “Niva” markalı avtomobilin vurduğu piyada hadisə yerində dünyasını dəyişib. Qəza N.Nərimanov küçəsində qeydə alınıb.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Report.az-ın əldə etdiyi məlumata görə, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.