Yeni tibb mərkəzi tikiləcək

Naxçıvan şəhərində yeni tibb mərkəzinin tikilməsi planlaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Təsdiq edilmiş layihəyə əsasən, mərkəzi xəstəxananın yaxınlığında tikiləcək yeni mərkəzin inşasında 400-450 nəfər muxtar respublika sakini işləyəcək.

2024-cü ilin yanvar ayında başlayan inşaat işləri 2025-ci ilin ortasında başa çatdırılacaq.