"Yeni Klinika"da ana doğuş zamanı öldü, körpəsi sağ qaldı

Baxış
60

“Yeni Klinika”da doğuş zamanı ölüm faktı qeydə alınıb.

Oxu.Az Milli.Az-a istinadla, paytaxt sakini Nərmin Əliyeva doğuş üçün “Yeni Klinika”ya üz tutub. Doğuş zamanı Nərmin Əliyeva vəfat edib, körpə isə sağ qalıb.

Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir.

Məlumata görə, bu Nərmin Əliyevanın ikinci hamiləliyi olub, 5 yaşında bir övladı var və doğuşdan əvvəl səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin