Yeni hemodializ şöbələri fəaliyyətə başlayacaq
Baxış
172
TƏBİB xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin müalicəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Hazırda tabeli tibb müəssisələrində 45 hemodializ şöbəsi fəaliyyət göstərir, ümumilikdə 678 çarpayı mövcuddur.
Gələn il Bakı, Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında yeni hemodializ şöbələrinin açılması planlaşdırılır.
Məqsəd əhaliyə tibbi xidmətin keyfiyyətini artırmaq və dializ xidmətlərinə əlçatanlığı genişləndirməkdir.
Şərhlər (0)