Yeni doğulmuş körpələr üçün kompakt rentgen aparatı yaradılıb

Sankt-Peterburq mütəxəssisləri yeni doğulmuş körpələr üçün portativ rentgen kompleksi hazırlayıblar.

Aztibb.az rg.ru-ya istinadən xəbər verir ki, xüsusi ofislərdən kənarda və çox yığcam ölçüləri sayəsində rentgen hətta nəqliyyatda da istifadə edilə bilər.

Müxtəlif patologiyalarla doğulan uşaqlar zəif olur, ona görə də adi stasionar rentgen aparatının gücü onlar üçün təhlükəli ola bilər.

Bunu nəzərə alaraq, Sankt-Peterburq Elektrotexnika Universitetinin mütəxəssisləri yeni cihazı müvafiq göstəricilər əsasında hazırlayıblar.

Bundan əlavə, körpələr çox vaxt vaxtından əvvəl doğulur və daim xüsusi nəzarətdə olur. Eyni zamanda, yeni doğulmuş uşaqlar üçün xarakterik olan xəstəliklərin diaqnostikası zamanı ən təsirli vasitələrdən biri rentgenoqrafiyadır.

Uzunluğu təqribən 25 santimetr olan və mümkün olan ən aşağı rentgen şüalanma dozası ilə ilk kompakt portativ rentgen kompleksi “PARDUS-Neo” qeyd olunan problemləri həll etməyə imkan verir.

Kompakt rentgen aparatının ilk işçi modeli hazırdır. Zəruri mərhələlərdən sonra aparatın tətbiq olunacağı nəzərdə tutulub.