Yeni doğulanlara göbək qulluğu

Doğuşdan sonra həkim körpənin göbək bağını kəsir və sıxac ilə bağlayır. Göbək üzərində qalan 1 sm-lik hissənin quruması və düşməsi isə 7- 21 gün davam edə bilər. Bu müddət ərzində körpənin infeksiya tutmaması üçün göbək qulluğu gündə 4 dəfə həkiminizin təklif etdiyi antiseptik məhsulla (70% li spirt və ya xlorheksidin) da edilə bilinər. Qulluqdan əvvəl mütləq əllər yuyulmalıdır. Steril bintə və ya pambığa tökülən antiseptik məhlul ilə göbək içindən xaricə doğru silinir və antiseptik quruduqdan sonra göbək hissə uşaq bezindən xaricdə qalacaq şəkildə uşaq bezi bağlanır. Belə bağlama zamanı körpənin göbəyinə sidik və ya nəcisin dəyməsinin qarşısı alınmalıdır.

Göbəyin üstünə hər hansı bez və ya yara bandı qoymağa ehtiyac yoxdur. Göbəkdə və ya ətrafında qızarıqlıq, axıntı, qoxu olarsa və ya göbək 21 gündə hələ düşməyibsə həkiminizə müraciət etməyiniz məsləhət görülür.

 

Həkim – mütəxəssis pediatr Nərmin Əzizova