Yeni doğulan uşaqlara təyin edilən müavinətin artırılması nəzərdə tutulur

Baxış
30

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni doğulan uşaqlara təyin edilən müavinətin həcminin artırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

H.Rəcəbli 3 yaşına qədər uşaqlara da müavinət verilməsini təklif edib.

Onun sözlərinə görə, hətta bununla bağlı yeni qanun da hazırlana bilər.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin