Yanvarda 9779 nəfər nikahqabağı icbari tibbi müayinədən keçib
Bakı, 12 fevral, AZƏRTAC
Dörd ilə yaxındır ki, nikaha daxil olmaq istəyənlər icbari tibbi müayinədən keçirlər. Bu, sağlam ailə və sağlam genefondun formalaşmasında mühüm əhəmiyyət daşıyır.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, indiyədək 500 mindən çox cütlük icbari tibbi müayinədən keçib.
Təkcə bu ilin yanvar ayı ərzində 9779 nəfər müayinədən keçib və onlardan 277 nəfərində talassemiya daşıyıcılığı olduğu müəyyən edilib. Müayinədən keçən cütlüklərdən birinin hər ikisində talassemiya daşıyıcılığı aşkar olunub.