Yanvar-avqust aylarında Azərbaycanda 30 mindən çox nikah qeydə alınıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30 min 788 nikah və 14 min 248 boşanma halı qeydə alınıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5-dən 4,5-ə düşüb, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.