Xəstəliyi əlamətsiz keçirənlər yoluxdurucu deyil?
Koronavirusun (COVID-19) asimptomatik (əlamətsiz) daşıyıcılarının yoluxdurucu olması haqda deyilənlərin mif olduğu bəyan edilib. e-tibb.az xəbər verir ki, Bern Universitetinin İmmunologiya İnstitutunun keçmiş direktoru, bioloq Beda Ştadler “Weltwoche” jurnalına açıqlamasında bildirib ki, asimptomatik koronavirus infeksiyası olan insanlar, əlbəttə ki, var. Amma onlar COVID-19-u digər insanlara ötürməyə qadir deyillər, buna görə də onları daşıyıcı hesab etmək olmaz: “Kiminsə heç bir simptom olmayan şəxsdən COVID-19-a yoluxa biləcəyi və ya əlaməti olmayanların xəstəliyi ötürə biləcəyini iddia etmək cəfəngiyyatdır”.
Alim həmçinin koronavirusun yeni virus olması, insanların buna qarşı immunitetinin olmadığına da şübhə ilə yanaşdığını deyib. Stadler koronavirusun əvvəlki SARS-1 növünə və hər il “soyuqdəyməyə” səbəb olan digər beta-koronaviruslara bənzədiyini bildirib. O, fikrini təsdiqləmək üşün, SARS-1-in vaxtilə Çində tüyğan etdiyi ərazilərdə insanların COVID-19-dan daha az zərər çəkməkləri haqda məlumatlara istinad edib. Onun sözlərinə görə, bu, immun sisteminin hər iki xəstəliyi qismən eyni hesab etdiyini və bir virusun digərindən qoruya biləcəyinə əyani sübutudur.
Qeyd edək ki, indiyədək bəzi alimlər COVID-19-un asimptomatik daşıyıcılarının daha çox yoluxdurucu olduqlarını bildiriblər. Eləcə də koronavirusu əlamətsiz, yüngül keçirənlərdə daha az antitellərin yarandığı haqda fikirlər var.