Vilnüsdə qrip epidemiyası elan edilmişdir
Fevralın 9-dan etibarən Litva paytaxtında qrip epidemiyası elan edilir. Vilnüsdə qrip xəstəliyinə tutulma göstəricisi epidemioloji həddi keçib. Hazırda Vilnüs sakinlərinin hər 10000 nəfərinə 171,24 qriplə xəstələnmə halı düşür. Belə xəstələrin 50 faizi 17 yaşa qədər uşaqlardır. Fevralın 7-si üçün olan məlumata görə Vilnüsün 30 məktəbində dərs məşğələləri ləğv edilib.
Paytaxtın idarə, müəssisə və təşkilatlarına tövsiyə edilib ki, qrip epidemiyası başa çatana qədər müəyyən profilaktika tədbirlərinə və epidemioloji nəzarət qaydalarına riayət etsinlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs