Vaxtından əvvəl doğuş təhlükəsi ilə ETMGİ-yə müraciət edən hamilə qadın əkiz körpələr dünyaya gətirib

Baxış
37

Bakı, 7 mart, AZƏRTAC

Hamiləliyin 28-ci həftəsində vaxtından əvvəl doğuş təhlükəsi ilə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna (ETMGİ) müraciət edən hamilə qadın övladlarına qovuşub.

AZƏRTAC ETMGİ-nin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, pasiyent Ginekologiya şöbəsinin müdiri, həkim mama-ginekoloq, dosent Fatma Hacıyevanın nəzarətində olub. Müvafiq müayinələrdən sonra ona vəziyyəti ilə əlaqədar olaraq Hamiləliyin patologiyası şöbəsində stasionar müalicə planı təyin olunub.

Hamiləliyin 36-37-ci həftələrində göstəriş olduğundan F.Hacıyeva tərəfindən icra olunan uğurlu qeysəriyyə əməliyyatı ilə əkiz körpələr dünyaya gəlib.

Çəkiləri müvafiq olaraq 2 kilo 900 və 2 kilo 770 qram olan kişi cinsli əkizlər heç bir reanimasion tədbirə ehtiyac olmadan Fizioloji şöbədə neonatoloq G.Məmmədzadənin stasionar nəzarətindədir. Hazırda yenidoğulmuşların vəziyyəti stabildir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin