Uşaqlarınız artıq çəki almasın deyə bunları edin – Həkim açıqlayıb
Uşaqları həddindən artıq çəki almaqdan qorunmaq üçün düzgün qidalanma ilə bərabər qidalanma şəklinə və gündəlik hərəkətlərə diqqət yetirmək önəmlidir.
e-tibb.az-ın xəbərinə görə, bunu pediatr-neonatoloq Altay Abdullaoğlu bildirib.
Həkim bu uşaqların həddindən artıq çəki almaması üçün yemək vaxtlarının hər gün eyni vaxtda olmasını tövsiyə edib. Onun sözlərinə görə, mümkün qədər bütün ailə üzvləri birlikdə yemək yeməli, yemək yeyərkən bir-birləri ilə söhbət etməməlidirlər.
Valideynlər uşaqlarının sevimli məşğuliyyətlərinin olmasına diqqət yetirməlidirlər: “Çalışın ki, bu məşğuliyyətlər hərəkətli olsun və övladınız bu işlə məşğul olarkən lazımi qədər hərəkət etsin. Övladınıza yeni hobbilər, məşğuliyyətlər tapmaqda yardım edə və onu daha çox hərəkət etməyə həvəsləndirmək də vacibdir”.
Pediatrın sözlərinə görə, uşaqların sağlam qidalanması üçün valideynlərin də eyni formada qidalanmağı və onlara örnək olmağı olduqca önəmlidir.
Bundan başqa, mütəxəssisi günün müəyyən bir hissəsini bir neçə dəqiqəlik idman üçün ayırmağı tövsiyə edib: “Burada özünüz də idman edərək övladınıza nümunə ola bilərsiniz. Övladınızı TV-ə baxmaqdan, kompüter oyunları oynamaqdan, bir sözlə passiv həyat tərzi keçirməkdən uzaq tutun”.