Uşaqlarının gözü qarşısında keçmiş arvadına 11 bıçaq zərbəsi vuran şəxs İNTİHARA CƏHD ETDİ - Vəziyyəti ağırdır

Baxış
29

Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin (Publik Hüquqi Şəxs) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanın son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

“Qeyd edək ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub. Hazırda onun vəziyyəti orta ağırdır”, – deyə məlumatda bildirilir.

TƏBİB Lamiyə Qanbayevanı bıçaqlamaqda təqsirli bilinən keçmiş həyat yoldaşı Tural Əlvan oğlu Qanbayevin də son vəziyyətini açıqlayıb.

Qeyd olunub ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 7-si, saat 08:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”, – deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlamaqda şübhəli bilinən şəxs intihara cəhd edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vurmaqda şübhəli bilinən Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T.Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin