“Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçirəcək.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun rəhbərliyi ilə həkim briqadası və tanınmış xarici mütəxəssislər Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Böyük Bəhmənli kəndlərindəki tibb məntəqələrində uşaqların təmənnasız tibbi müayinəsini aparacaqlar. Tibbi aksiya iki gün davam edəcək.