Uşaqların tərbiyəsi üçün QAYDALAR

Harvard Universiteti mütəxəssisləri yaxşı övlad yetişdirməyin sirlərini açıqlayıblar. Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu həmin tövsiyələri paylaşıb.

Həmin tövsiyələri təqdim edirik:

1. Uşaqlarınızla daha çox vaxt keçirin.

Övladlarınızla etibarlı bir dostluq qurun. Onlarla oyun oynayın, səyahət edin və daimi söhbətlər edin. Onlara daim sevgi bəxş edin ki, onlar da ətrafa bunu ifadə edə bilsinlər.

2. Övladınıza hisslərini idarə etməyi öyrədin.

Qəzəb, kədər və peşmançılıqlar bizə təsir etdiyi kimi, onlara da təsir edir. Onlara qəzəbləndikləri anda nə edə biləcəklərini öyrədin. Sakit bir əhval – ruhiyyədə olanda onlara qəzəblənəndə dərindən nəfəs almağı, həmin nəfəsi burnundan çıxarmağı və beşə kimi saymağın əla bir metod olduğunu deyin. Tez – tez bu metodu onlara xatırladın.

3. Davranışlarında məsuliyyət hiss etmələri barədə onlarla danışın.

Uşaqlar üçün valideynlər bir nümunədirlər və sizi təqlid edərlər. Onların yanında insanlara yardım etməyi, əxlaqı və yaxşı hərəkətləri daimi etsəniz və bu barədə onlarla danışsanız, övladınız cəmiyyətə daim xeyir vermək haqqında düşünər.

4. Ona şəfqətli olmağı, gücsüzə yardım etməyi öyrədin.

Onlara yalnız yaxınların deyil, yad insanlara da olan şəfqətdən danışın. Məsələn, yeməyi olmayan ailələri, evi və ailəsi olmayan uşaqlara necə davranacağı barədə sual verin, fikrini öyrənin.

5. Ona təşəkkür etməyi öyrədin.

Elə evdən başlayın. Yeməyə görə təşəkkür etməyi ona həyatda minnətdarlıq duyğusunun nə qədər faydalı olduğunu öyrədəcək. Araşdırmalar göstərir ki, təşəkkür etməyi bacaran insanlar daha sağlam və xoşbəxt olurlar.

6. Ailə dəyərlərinizi uşağa ötürün. Vədinə əməl etməyi, böyüklərə hörməti daimi aşılayın…

 

e-tibb.az