Uşaqlarda korset istifadəsi həkimin tövsiyəsi ilə olmalıdır - Mütəxəssis

Baxış
25

Bakı. Trend:

Uşaqlarda korset istifadəsi mütləq həkimin tövsiyəsi ilə olmalıdır.

Trend– in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşirov deyib.

Onun sözlərinə görə, korset bütün hallarda müalicə metodu deyil. “İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya da sonradan qazanılmış problem kimi özünü büruzə verir. Qız uşaqlarında 8, 9, 10, oğlan uşaqlarında isə 10, 11, 12 yaşlarında sümüklərdə böyümə getdiyi üçün əsasən bu yaşlarda əyilmələr (skalioz, kifoz) yarana bilir”, – deyə o bildirib

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin