Uşaqlarda dırnaq yemə vərdişi

Uşağınız özü də hiss etmədən əlini ağzına aparır, barmağını əmir ya da dırnağını yeyirsə və bu hərəkətləri tez-tez təkrarlayırsa deməli uşağınız davranış pozuntusu olan barmaq əmmə ya da dırnaq yemək kimi vərdiş qazanmışdır. Bu vəziyyətlə qarşılaşan valideynlər çox vaxt narahat olurlar. Lakin, nəzərə almaq lazımdır ki, uşaqların 40-45%-i həyatlarının müəyyən dövründə bu və ya buna oxşar vərdişlərə sahib olurlar. Uşaqlıq dövründə başlayan dırnaq yemə vərdişi 3-4 yaşından etibarən davranış pozğunluğu kimi qəbul edilə bilinər.

Qeyd etmək lazımdır ki.ş uşaqların bur vərdişə sahib olmasının dəqiq səbəbi bilinmir. Araşdırmalar göstərmişdir ki, uşaqlar özlərini ifadə edə bilmədikdə, ailədə (habelə bağçada, məktəbdə və sair) müəyyən problemlər yaşadıqda, gərginlik keçirdikdə öz dırnaqlarını yemə, barmaqlarını sovurma kimi hallara daha çox rast gəlinir.

Dırnaq yemə vərdişinin səbəbləri:

 Uşaqlarda dırnaq yemə vərdişləri axtarıldıqda, xüsusən aşağıdakı səbəblərin  bu vərdişi qıcıqlandırması müşahidə edilmişdir:

  • Özünü dəyərsiz və etibarsız hiss etməsi;
  • Yaşanan (baş vermiş) üzüntülü və sıxıntılı hadisələr;
  • Hirsli və aqresiya hissləri;
  • Gərginlik və qayğı hissləri;
  • Qorxu;
  • Ailədaxili münasibət problemləri.

Əsasən dırnaq yemək bir etibarsızlıq hissinin əlamətləri olaraq qəbul edilir. Özünə etibarı olmayan uşaqlarda dırnaq yemə vərdişi çox müşahidə edilir. Uşağın qorxu, etibarsızlıq, stress, hiss və həyəcan vəziyyətlərinə məruz qalması, qayğı və narahatlıq, yalnızlıq, dəyərsizlik, dostlarının marağını itirmək qorxusu uşaqda dırnaq yemə vərdişinə səbəb ola bilər. Eyni zamanda uşağa ailə daxilində çox təzyiq olunması, uşağın davamlı danlanaraq tənqid olunması, qısqanclıq, kifayət qədər maraq və sevgi göstərməmək, sıxıntı və gərginlik kimi hisslər bu vəziyyəti qıcıqlandıra bilər.

Ailə içində yaşanan narahatçılıq, ata-ana arasında münasibətlərində olan gərginlik, ata-ananın uşaqlarının gözü qabağında tez-tez dava etməsi, boşanma və ayrılıqlar da uşaqlarda dırnaq yemə vərdişlərinin yaranmasına səbəb ola bilər.

Bununla yanaşı ata-ananın çox qayğılı və qoruyucu olması, onların uşaqlar arasında fərq qoyması səbəbi ilə yaranan qısqanclıq da uşaqlarda dırnaq yemə vərdişini yarada bilər.

Dırnaq yemə bəzən heç bir səbəblə əlaqəli olmayıb, ailədə və ya ətrafda hər hansı birinin dırnaq yemə davranışını təkrarlama nəticəsində də baş verı bilər.

Məktəbli olan uşaqlarda dırnaq yeməyə səbəb ola biləcək vəziyyətlər aşağıdakılardır:

  • Uğursuz olmaq qorxusu;
  • Özünə inamsızlıq;
  • Müəllimədən ya da cəza almaqdan qorxmu hissi;
  • Valideynlərin dərslərə görə uşağa qarşı çox tələbkar olması;
  • Uşağın yaşıdları ilə olan problemləri;
  • Diqqət çatışmazlığı və öyrənmədə çətinlik çəkmə kimi müxtəlif problemlərin olması;
  • Məktəbdə stressə səbəb ola biləcək digər vəziyyətlər.

Dırnaq yeyən uşaqlarda dırnaq və dişlərdə forma problemləri yaranır. Dırnaqlardan yayılan yoluxucu xəstəliklər bu uşaqlarda daha çox rast gəlinir.

Dırnaq yemə vərdişi olan uşağınıza kömək ola biləcək məsləhətlər aşağıdakılardır:

  • Uşaqlar bəzən ata-anaların diqqətini çəkmək üçün də dırnaq yeməyə başlaya bilərlər. 3-4 yaşına qədər uşağınızın bu vəziyyətini görməməzliyə vuraraq (xüsusi olaraq diqqət etməyərək) bu vərdişdən onu imtina etdirə bilərsiniz;
  • Uşağınızın ehtiyac duyduğu sevgini ona göstərin. Çünki, əgər uşaq kifayət qədər sevgi və maraq görmürsə, bunun səbəb olduğu kədər hissini dırnaq yeyərək göstərə bilər;
  • Uşağınızın hansı vəziyyətlərdə dırnaq yediyinə diqqət etməyə çalışın. Məsələn: gərgin olduqda və ya qorxduğunda dırnaqlarını yeyirsə onu sakitləşdirərək dırnaq yeməyinin qarşısını ala bilərsiz;
  • Bu vərdişi sonlandırmaq üçün altenativ planlar hazırlayın. Dırnaq yeməyə başladığı anda yemək verərək məşğul edilməli və ya həyəcanlı olduğu vəziyyətlərdə (məsələn televizora baxarkən) saqqız verərək dırnaq yeməyinin qarşısı alına bilinər;
  • Uşağınızın əllərini məşğul edəcək tapşırıqlar verin. Ona tez-tez “dırnağını yemə, çək əlini ağzından” kimi sözlər demək onun daha çox narahat olmasına səbəb olacaqdır. Dırnaq yeməyə başladıqda ona rəngli əşyalar ya da boyalar, toplar verərək əllərinin məşğul olmasına kömək olacaqdır;
  • Uşağınızn dırnaqlarını düzgün kəsin, hamarlayın, kremləyin, əllərinə qulluq edin.(xüsusən qız uşaqlarını çox narahat etmədən və ya qıcıqlandırmadan dırnaq yəməyin onun dırnaqlarını zədələyib eybəcər edəcəyi, əgər yeməzsə çox daha gözəl görünəcəyi başa salınmalıdır);
  • Uşağınızın özünə inamını formalaşdırın. Uğurlu olduğu hallarda ona xüsusi diqqət ayırın;
  • Uşağınızın bu vərdişi rahatlıqla ata biləcəyini ona izah edin. Dırnaq yemədiyi hallarda ona müxtəlif mükafatlar verərək onu sevindirin. Ancaq bununda məhdud və uyğun şəkildə olmasına diqqət edin. Əks hallarda uşaq bu vəziyyətdən isifadə edərək hər zaman mükafatlanmaq üçün istifadə edə bilər;
  • Uşağınıza qarşı təzyiqçi və tənqidi yanşmayın. Uşağınızı danlamaq, qorxutmaq, cəza vermək kimi metodlardan qəti istifadə etməyin. Çünki, uşağı danlamaq, qorxutmaq, cəza vermək kimi metodların istifadəsi sonrakı dövürlərdə daha ağır psixoloji problemlərin ortalığa çıxmasına səbəb ola bilər;
  • Uşağınızla danışaraq barmaq və dırnağına acı, amma zərərsiz bir maye (lak) çəkə bilərsiniz. Bu həm xatırladıcı, həm də dırnağını ağzına apardığı vaxt acı hissi olduğundan tez vərdişdən imtina eməsinə kömək olacaqdır. (lak istifadəsinə uşağınızın dırnaq yeməyə başladığını hiss etdiyiniz vaxt başlamalısınız. Əks halda vərdişə çevrildikdən sonra təkcə lakdan istifadə nəticə verməyə də bilər);
  • Uşağınızda qorxu, qayğı yarada biləcək vəziyyətlərdən uzaq tutun. Kiçik yaşlı uşaqların qayğı, qorxu gətirən televiziya verlişləri izləməsi, dava olan hadisələr görməsi onu həyəcanlandıracağı üçün təhlükəlidir;
  • Uşağınıza vaxt verməli və onu bu mövzuda çox narahat etməməlisiniz. Əsas odur ki siz bu vəziyyətə səbrli yanaşmalısız və mərhələli şəkildə onu imtina etdirməlisiniz.

 

Əgər Siz yuxarıda yazılan tövsiyələri yerinə yetirdikdən sonra belə uşağınızı bu vərdişdən uzaqlaşdıra bilmədinizsə uşağınızı həkim-psixoloq müayinəsindən keçirməyinizi məsləhət bilirik.

 

Mütəxəssis pediatr Dr.Nərmin Əzizova