Uşaqlarda burun əti böyüməsinin ƏLAMƏTLƏRİ

Uşaqlarda lap kiçik yaşlardan ən çox rast gəlinən şikayətlərdən biri də burun ətinin böyüməsi, yəni adenoid hipertrofiyasıdır. Mütəxəssislərə görə, adenoid toxuması böyüdüyü zaman bir çox problemlərə, ciddi fəsadlara səbəb olur.

Bəs burun ətinin olduğunu hansı əlamətlərə əsasən bilmək olar?

Burun, boğaz, qulaq, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərov həmin əlamətləri açıqlayıb:

1. Burun tənəffüsünün çətinləşməsi

2. “Burnunda danışma”

3. Ağız ilə nəfəs alma

4. Nəfəs alarkən səsin çıxması

5. Yuxuda xoruldama

6. Yuxu müddətində tənəffüsün dayanması (Apnoe) və s.

Həkim onu da deyib ki, burun udlağının limfoid toxuması olan adenoid hipertrofiyasının ölçüləri əksər hallarda təkrar infeksiyalaşanda böyüyür. Bu isə burun tənəffüsünü pozur və hipoksiyaya yol açır. Hipoksiya nəticəsində orqanizmdə baş verən bütün mübadilə prosesi ləngiyir. Hipoksiyalı uşaqlarda qan azlığı, eşitmə və zehini inkişafın pozulması kimi hallar müşahidə olunur. Ən çox rast gəlinən şikayət isə yuxunun pozulmalarıdır.

Mütəxəssis bildirib ki, dərman müalicəsinin effekti olmayanda adenoid hipertrofiyasının əməliyyat olunması göstərişdir.

e-tibb.az