18 Oktyabr 2020

Uşaqlarda boğaz ağrısının səbəbləri: Boğazı silmək olarmı?

Havaların soyuması ilə bağlı uşaqlar arasında ən çox rast gəlinən narahatlıqlardan biri də boğaz ağrısıdır. Boğaz ağrısı yaranan kimi valideynlər buna qarşı tədbir görməyə, ağrıları azaltmağa çalışırlar. Burada adətən bir çox təbii vasitələr, türkəçarə ilə müalicələr də üstünlük təşkil edir.

Pediatr, uzman həkim Ülvi Əliyev uşaqlarda boğaz ağrısının səbəbləri haqda danışaraq deyib ki, valideynlər hər zaman uşaqlarda boğaz ağrısını soyuq yeməklərin yeyilməsi, soyuq içkilərin içilməsi ilə əlaqələndirir: “Amma bu, hər zaman belə olmur. Böyük hallarda uşaqlarda boğaz ağrısı virus infeksiyaları, virus xəstəlikləri nəticəsində yaranır”.

Pediatr bildirib ki, ən çox 5 yaşdan sonra boğaz ağrısının yaranmasında streptokokk infeksiyasının nə dərcədə rol oynadığını aşkarlamaq lazımdır. Belə hallarda həmin yaş qrupunda boğaz yaxmasının götürülməsi xüsusi əhəmiyyət kəsb edir: “Uşağın boğazı gəlib”, “soyuq olub” ifadələrini tez-tez eşidirik. Az qala südəmər körpələrdə belə, valideynlər boğazın ağrıdığını iddia edirlər. Əslində belədirmi?

Uşaq saysız-hesabsız viruslarla xəstələnə bilər. Adenovirus, EBV (Epşteyn-Barr virusu), CMV, HSV (Herpesvirus), Coksakie bunların ən məşhurlarıdır. Nisbətən böyük uşaqlarda A grupu streptokokklar problem yarada bilər. Peyvəndsiz uşaqlar difteriya riskinə açıqdırlar.

Allergik proseslər də görülə bilər. Siqaret tüstüsü, quru hava, burun tutqunluğu da boğaz ağrısına səbəb olur. Boğaz isti yeməkdən yana bilər və ya balıq sümüyü ilişə bilər. Kawasaki, PFAPA, peritonzilyar absess kimi xəstəliklər də boğaz ağrısı şikayəti yaradır”.

Pediatr valideynlərə müraciət edərək bildirib ki, səbəbi aşkarlanmadan “boğaz silmək”,” duz ilə basmaq” kimi türkəçarə metodlardan istifadə etməsinlər.

E-tibb.az

29 Noyabr 2020
Hiperaktivlik və diqqət çatışmazlığı sindromu, həyat boyu davam edə biləcək sosial və psixatrik problemlərə səbəb…
23 Noyabr 2020
Qardaş Türkiyədə baş vermis zəlzələ hadisəsindən sonra zəlzələdən qorunma metodları barədə qısa yazımızı təqdim edirik.…
22 Noyabr 2020
Vaxtından əvvəl doğulmuşlar nə deməkdir? Vaxtından qabaq doğulma körpələrin gözlənilən tarixdən minimum 3 həftə əvvəl…