Uşaqlara səbəbsiz olaraq vitamin vermək düşündüyünüz qədər zərərsiz deyil

1️⃣ Sağlam uşaqlara əlavə vitamin kompleksləri vermək əksər hallarda zərurət deyil və hətta bəzi hallarda zərərli də ola bilər.

2️⃣ Həkim nəzarəti olmadan verilən vitaminlər qaraciyər, böyrək zədələnmələri, böyrək daşlarının əmələ gəlməsi və vitamin toksikliyi kimi ciddi fəsadlara yol aça bilər.

3️⃣ Vitaminlərin iki əsas qrupu vardır:

  • Suda həll olan vitaminlər – artıq miqdarı sidiklə xaric olunur.

  • Yağda həll olan vitaminlər – orqanizmdə toplanaraq toksiki təsir göstərir.

4️⃣ Əlavə vitamin dəstəyi yalnız həkim nəzarəti ilə müəyyən qruplara – xroniki xəstəlikləri olan uşaqlar, hamilə və süd verən qadınlar, sorulma pozğunluğu yaşayan uşaqlar üçün tövsiyə olunur.

5️⃣ Ən sağlam vitamin mənbəyi təbii və balanslı qidadır:

  • Təzə meyvə və tərəvəzlər

  • Balıq, yumurta, süd məhsulları

  • Qoz, badam və digər quru yemişlər

Uşaqlar üçün vitaminlərin faydaları və potensial riskləri barədə daha geniş və dolğun məlumat əldə etmək üçün Pediatriya.az saytının müvafiq bölmələrinə müraciət edə bilərsiniz. Orada vitaminlərin düzgün istifadəsi, doza tövsiyələri və mümkün yan təsirləri ilə bağlı elmi əsaslı məlumatlar təqdim olunur.

Pediatriya.az saytının təsisçisi, Həkim Nərmin Əzizova