Uşaqlar naminə - siqareti elə bu gün buraxın!
Pediatriya.az olaraq sağlam gələcək naminə çağırırıq: Siqareti tərgidin, uşaqlarınıza daha sağlam bir həyat bəxş edin.
| Zaman | Bədəndə baş verən müsbət dəyişikliklər |
|---|---|
| 20 dəqiqə | Təzyiq və nəbz normallaşır. Əllər və ayaqlar istilənir. |
| 8 saat | Qandakı karbonmonoksid səviyyəsi yarıya enir. Oksigen səviyyəsi normallaşır. |
| 24 saat | Ürək krizi riski azalmağa başlayır. |
| 48 saat | Dad və qoxu hissləri yaxşılaşır. |
| 72 saat | Nəfəs almaq asanlaşır, enerji artır. |
| 2-12 həftə | Qan dövranı yaxşılaşır, gəzinti və idman daha asan olur. |
| 3-9 ay | Öskürək və tənəffüs problemləri əhəmiyyətli dərəcədə azalır. |
| 1 il | Ürək xəstəliyi riski siqaret çəkənlərə nisbətən yarıya enir. |
| 5 il | Beyin insultu riski siqaret çəkməyənlərlə eyniləşir. |
| 10 il | Ağciyər xərçəngi riski yarıya enir. |
| 15 il | Ürək xəstəlikləri riski siqaret çəkməyən səviyyəsinə çatır. |
Uşaqlar təmiz hava ilə böyüməlidir! Onların sağlam gələcəyi üçün siqareti buraxın.