Uşaq serebral iflicinin müalicəsi necə aparılmalıdır? - VİDEO

“Serebral iflicli uşaqların hər biri fərqlidir. Biz 10 min nəfər serebral iflici olan uşağı toplasaq, onların hər birində problemin fərqli olduğunu görəcəyik”.

e-tibb.az-ın xəbərinə görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-fizioterapevt, Bakıdakı Serebral İflic Mərkəzinin (CP Academy) mütəxəssisi Gökhan Öztürk açıqlayıb.

Onun sözlərinə görə, serebral iflic hər uşaqda özünü bir cür göstərir, bəzilərində çox ağır problemlər yaradır, bəzi uşaqlarda isə yüngül gedişata malik olur.

Proqramın digər qonağı erqoterapevt- fizioterapevt Pəriniz Asghari də hər uşağa fərdi yanaşmağın, müalicəni əlamətlərə, xəstəliyin dərəcəsinə uyğun aparmağın zəruri olduğunu vurğulayıb.

Serebral iflicli uşaqlara tətbiq olunan müalicə metodları haqda danışan mütəxəssis, hər uşağa fərqli müalicə metodlarının tətbiq edildiyini bildirib.

Mütəxəssislər proqramda serebral iflicin müaisir metodlarla müalicəsi barədə məlumat verib, bir çox sualları cavablandırıblar.

https://youtu.be/ggAmfpx7Dd8