"Uşaq hüquqları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib
“Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.
Oxu.Az xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Təqdim olunan qanun layihəsi “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Layihə səsə qoyularaq son oxunuşda qəbul edilib.
Mərahim Nəsib