Uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait artırılıb

Baxış
33

Bakı. Trend:

Azərbaycanda uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılacaq.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib. Bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin