Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçiriləcək
2017-ci il dekabrın 20-də “Hyatt Regency” mehmanxanasının “Bakı” zalında Tütünlə Mübarizə üzrə III Milli Konfrans keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər təşkilatının icra etdiyi “Tütünsüz Cəmiyyət” layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) tərəfdaşlığı təşkil olunan konfransda ölkədə tütünlə mübarizə sahəsində baş verən yeniliklər müzakirə obyekti olacaq.
Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayevin, Milli Məclisin Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovun, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin, “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Ramiz Əliyevin və digər iştirakçı və qonaqların çıxışları gözlənilir.
Konfransda bütün dünyada qeyri-infeksion xədtəliklərin qlobal yükünə çəvrilən tütünçəkmə probleminə yeniyetmələr və tütün epidemiyası: rəqəmlər arxasında reallıq baxımından nəzər yetiriləcək, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi – əhəmiyyətli perspektivlər mövzusu müzakirə olunacaq. Tədbirdə həmçinin sağlamlıq hüquqlarının üstünlüyünün tütünlə mübarizədə olan önəmindən danışılacaq.
Konfrans çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, “Tütünə qarşı mübarizə üzrə” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası: Tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar və fikir mübadiləsi aparılacaq.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı