“Tütün məmulatlarının insan orqanizminə zərərləri” mövzusunda tədbir keçirilib
19 aprel 2018-ci il tarixdə “Məktəblinin dostu” layihəsi çərçivəsində 12 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssislisi Lətafət Dadaşova iştirak edib.
Tütünçəkmənin xoşagəlməz nəticələrinə dair rəsmi statistik göstəriciləri iştirakçılara təqdim edən L.Dadaşova “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda çıxış edib. Bildirilib ki, tütün çəkənlərlə yanaşı, bu zərərli vərdişin aludəsi olmayan yeniyetmələrin ictimai məkanlarda, evlərdə tütün tüstüsünün ziyanlı təsirinə məruz qalması onların səhhəti üçün ciddi təhlükə yaradır.
Hazırda ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanun layihələri əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı məqsədyönlü mübarizə aparılmaq imkanlarının artırır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı