Türkiyədə qadın qarnında qayçı ilə yeddi il yaşayıb

Türkiyəli cərrahlar 7 il əvvəl əməliyyat zamanı xəstənin mədəsində unudulmuş cərrahi qayçını çıxarıblar.

Oxu.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Hadisə Kahramanmaraş şəhərində baş verib. Şəhər sakini baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Lakin MRT müayinəsi zamanı onun mədəsində 16 santimetrlik cərrahi qayçı olduğu aşkar edilib.

Məlum olub ki, qayçı 7 il əvvəl aparılan bir əməliyyat zamanı həkimlər tərəfindən unudulub.

Keçirilən yeni əməliyyat zamanı qayçı uğurla çıxarılıb. Xəstə ilk əməliyyatı edən həkimdən prokurorluğa şikayət edib.